13:44 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Sahibsiz itlər

Zaqatalada sahibsiz itlər insanlara hücum edir

© Sputnik / Irade JELIL
XƏBƏRLƏR
Qısa URL
28620

Mustafayevi dişləyən itin quduz olub-olmadığı yoxlanılaraq müvafiq tədbir görüləcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Zaqatalada 29 yaşlı kişini sahibsiz it dişləyib. Sahibsiz itin quduzluğa tutulduğu ehtimal edilir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Çobankol kəndində baş verib.

Kənd sakini, 29 yaşlı Mustafayev Sərxan Piri oğlu sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Sərxan Mustafayevin vəziyyəti nəzarətdə saxlanılır.

Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsindən verilən xəbərə görə, Mustafayevi dişləyən itin quduz olub-olmadığı yoxlanılaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, bu, Zaqatalada sahibsiz itlərin insanlara xətər toxundurduğu ilk hal deyil. Ötən ay da rayonda itlər biri uşaq, biri gənc qız və ikisi kişi olmaqla 4 nəfərə hücum edib. 

Əlaqədar

Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib
Şəkinin kəndlərində itlər əhaliyə hücum edir
Teqlər:
Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsi, Zaqatala Rayon Mərkəzi Xəstəxanası, sahibsiz itlər, quduzluq xəstəliyi, Zaqatala, Azərbaycan

Əsas mövzular