Azərbaycanda sel təhlükəsi - hava şəraiti kəskinləşir

© sputnik.azSel
Sel - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 19-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

BAKI, 18 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 19-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Külək - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdən daha bir hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə8-12, gündüz 20-25,Bakıda gecə 9-11, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubətgecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 19-dabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə2-7, gündüz8-13dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 20-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Nazirlik xəbərdarlıq da edir: Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0