13:20 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Nazik siqaretlər

Azərbaycanda siqaret almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
28001

Siqaret almaq istəyən yeniyetmələrdən şəxsiyyətini təsdiq edən sənəd tələb ediləcək

BAKI, 17 apr-Sputnik. Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağandır.

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində prezident İlham Əliyevin çıxışı
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin 13-cü (Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışının və tütün istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi) maddəsində deyilir.

Həmin maddədə bildirilir ki, tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

Əlaqədar

Milli Məclis siqaret müzakirələrinə son qoydu
Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətlərə necə baxırsınız?
Ekspert: “Siqaret bütünlüklə qadağan olunmalıdır”
Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər
Şimal bölgəsində siqaret əməliyyatı
Ekspert: “Bəzi marketlərdə uşaqlara siqaret satırlar”
Siqaret qadağasının tam təfərrüatları açıqlandı
Külli miqdarda xarici markalı siqaret aşkar olunub
Teqlər:
şəxsiyyətini təsdiq edən sənəd, tütün məhsulları, yetkinlik yaşına çatmayan, Sputnik Azərbaycan, siqaret, sənəd

Əsas mövzular