Azərbaycan ordusu hərəkətə keçdi

© Foto: mod.gov.azШирокомасштабные учения ВС Азербайджана, 16 апреля 2017 года
Широкомасштабные учения ВС Азербайджана, 16 апреля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək raket, aviasiya və digər hərbi texnika prosesə cəlb olunub.

BAKI, 16 apr — Sputnik. Bu gün Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə keçirilir.

İlham Əliyev - Gəncə ziyarəti - Sputnik Azərbaycan
Prezident: Ordu quruculuğuna daha da böyük diqqət göstəriləcək

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq.

Təlimlər aprelin 21-dək davam edəcək.

Xəbər lenti
0