Xəbərdarlıq: Sabah Azərbaycanda qış havası olacaq

© Sputnik / Leyla AbdullayevaŞimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb
Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin bəzi yerlərinə yenə qar yağacaq, temperatur 0-ın altına düşəcək

BAKI, 15 apr — Sputnik. Baharın gəlişini 1 ay əvvəl qeyd etsək də, qış mövsümü Azərbaycanın bəzi ərazilərindən getmək istəmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkə ərazisində aprelin 16-na gözlənilən hava proqnozu bunu deməyə əsas verir.

Departamentdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə Abşeron yarımadasında 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

İlisuda vaxtsız yağan qar - Sputnik Azərbaycan
Sabah Azərbaycanda qar və şaxta gözlənilir

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Qubada qar - Sputnik Azərbaycan
Yazda qış havası: qar, şaxta, külək

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Xəbər lenti
0