01:23 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
377533

Hesabları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə DSMF-nin müvafiq orqanlarına göndərə bilərlər

BAKI, 11 apr-Sputnik. 2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb.

"Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları"na əsasən sığortaedənlər uçota alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq orqanlarına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına təqdim edilməlidir.


Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.

Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir.

Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq, işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib.

Hesabatları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə DSMF-nin müvafiq orqanlarına göndərə bilərlər.

Ətraflı məlumat almaq üçün sığortaedənlər DSMF-nin müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət edə bilərlər.

Əlaqədar

“ASAN İmza” problemindən çıxış yolu: özünüzü çətinə salmayın
DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edilib
2016-ci ildə DSMF-nin büdcəsi 22,3 mln. manat çox olacaq
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Teqlər:
hesabatlar, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanunu, sığortaedənlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, DSMF, Asan İmza, elektron bəyannamə, Dövlət Sosial Müdafiə Fondu

Əsas mövzular