12:16 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
552400

Aprelin 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

BAKI, 11 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istnadən xəbər verir ki,  şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

ETSN xəbərdarlıq da edir: Qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək.

Əlaqədar

Sabaha hava xəbərdarlığı: yağış, şimşək, qar
Gecə hava dəyişəcək
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi
Bu rayonlarda hava yenidən dəyişəcək
Gözlənilən hava şəraiti ilə bağlı son xəbər
Dəyişkən hava xəbərdarlığı
Bir aylıq hava proqnozu açıqlandı
Teqlər:
qeyri-sabit, Abşeron yarımadası, Bakı, yağmur, hava, yağış

Əsas mövzular