09:54 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
92422

Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib

BAKI, 7 apr — Sputnik. Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan "Azərsun Holdinq" bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb. Holdinqin İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov "Marja"ya bildirib ki, hökumət tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti nəticəsində iqtisadiyyatda sabitləşmə meylləri yaranıb, Azərbaycan manatı ABŞ dolları qarşısında möhkəmlənməyə başlamışdır. Bunu nəzərə alaraq əsas qida məhsullarından olan şəkər tozu, günəbaxan və qarğıdalı yağının qiymətləri aşağı salınıb.

"Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşüb" — Səfərov qeyd edib.

O, əlavə edib ki, manatın məzənnəsi daha da sabitləşdikcə, digər məhsulların da qiymətlərinin aşağı salınması davam etdiriləcək.

Əlaqədar

Ərzaq təhlükəsizliyinin vəziyyəti müzakirə edilib
Ərzaq oğurlayıb, amma oğru deyil
Ərzaq məhsullarının qiymətləri qalxıb
Böyük ölçüdə ərzaq tələbatımızı özümüz təmin edirik, qalır taxıl...
Qlobal iqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb
Ərzaq bazarında ciddi qıtlıq yaranacaq
Teqlər:
"Azərsun Holdinq", ərzaq məhsulları, qəpik, Azərbaycan, qiymət

Əsas mövzular