Azərbaycanlı qız Sankt-Peterburqdakı partlayışda həyatını itirdi

© Photo : İnstagram/dily_11Dilbarə Əliyeva
Dilbarə Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
21 yaşlı Dilbər Əliyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

BAKI, 4 apr — Sputnik. Aprelin 3-də Sankt-Peterburq xəstəxanalarının birində metroda baş verən partlayış nəticəsində ağır xəsarət alan 21 yaşlı azərbaycanlı qız vəfat edib. Qızı xəstəxanaya Tamara Əliyeva adı altında naməlum pasient olaraq qəbul ediblər. Rusiya mediası yazır ki, vəziyyəti ağır olan qızın həyatını xilas etmək mümkün olmayıb.

Bu qızın Dilbər Əliyeva olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Qız Sankt-Peterburqda yaşayırmış və bu şəhəri çox sevirmiş. O, özünün İnstagram səhifəsində Sankt-Peterburq və Neva çayı mənzərələri fonunda olan şəkillərini paylaşıb. Sosial mediadakı tanışları Dilbərin 1996-cı ildə anadan olduğu, Sankt-Peterburqdakı universitetlərdən birinin 2-ci kurs tələbəsi olduğu yazıblar.  

Публикация от @dily_11 Мар 28 2017 в 5:11 PDT

 

Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev ötən gün metroda yaralananlar arasında 28 yaşlı azərbaycanlı Zaur Vəliyevin də olduğunu bildirib.

"Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır".

Bunu isə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır".

Публикация от @dily_11 Янв 29 2017 в 5:56 PST

 

Xatırladaq ki, ötən gün Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" stansiyalarında baş verən güclü partlayış nəticəsində 11 nəfər həlak olub, yaralananların isə 51 nəfəri xəstəxanalara yerləşdirilib.

Xəbər lenti
0