04:51 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
75640

Azərbaycanlı bloqçu aprel döyüşləri ilə bağlı heç kəsin etmədiyini edib

BAKI, 3 apr — Sputnik. Hərbi bloqçu, Vkontakte sosial şəbəkəsində Azərbaycan Silahlı Qüvvələri barədə hərbi-diskussiya klubunun administratoru Tofiq Şahmuradov ötən ilin aprel döyüşləri zamanı ordumuzun Goranboy-Tap Qaraqoyunlu iqtiqamətində əks hücumunun nəticələrinə dair film hazırlayıb.

Filmdə ordumuzun Ermənistanın işğalçı qüvvələrinin "Ohanyan xətti" kimi tanınan möhkəmləndirilmiş müdafiə xəttini yarmasından, həmin istiqamətdə 7 kilometr dərinliyə qədər irəliləyərək düşmənin nəzarətində olan bütün strateji yüksəklikləri ələ keçirməsindən bəhs olunur. Filmdə sözügedən ərazilərdən canlı görüntülər, şahidlərin, hərbçilərin fikirləri, erməni hərbçilərin aprel döyüşlərindən sonrakı etirafları, erməni generalı Arkadi Ter-Tadevosyanın aprel döyüşlərini qiymətləndirməsi, erməni xüsusi təyinatlılarının döyüşdən qaçması və məhv edilməsi kadrları əksini tapıb.

"Döyüş gündəliyi-Talış" adlanan həmin filmin təqdimatı artıq bəzi hərbi hissələrdə təşkil olunub, YouTube şəbəkəsində yayılıb.

Bu filmi müəllif şəxsi təşəbbüsü və imkanları ilə hazırlayıb. Məqsəd ölkəmizdə vətənpərvərlik hissinin inkişafına töhfə verməkdir.

Sputnik Azərbaycan oxucular üçün maraqlı olacağını nəzərə alaraq, bu filmi təqdim edir: 

Əlaqədar

“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Elxan Şahinoğlunun 2016-cı ilin aprel hadisələrinə baxışı
Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"
Aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır
Aprel döyüşlərinə həsr olunmuş klip təqdim olundu
Teqlər:
"Döyüş gündəliyi-Talış", Ohanyan xətti, Goranboy-Tap Qaraqoyunlu, Hərbi bloqçu, talış, aprel döyüşləri, film, Tofiq Şahmuradov, Azərbaycan

Əsas mövzular