05:54 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10330

Baytarlıq İdarəsinin və Polis Şöbəsinin əməkdaşları əvvəllər də onun həyətində at əti aşkarlayıblar, amma...

BAKI, 1 apr-Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Kürdəmirdə at əti aşkarlanması faktı ilə bağlı məlumat yayıb.

Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, martın 31-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə əməliyyat keçirilib.

Kürdəmir rayonu, Xınıslı kənd sakini Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən oradakı 10-VH-988 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobilinin yük yerində antisanitar vəziyyətdə, polietilen torbalara yığılmış, satış üçün nəzərdə tutulan məhsul aşkarlanıb.


Burada 2 baş atın sümükdən ayrılmış 150 kq çəkisində əti, daxili orqanları və atların baş-ayaqları aşkar olunub. Həmçinin, həyətyanı sahədə antisanitar şəkildə at dəriləri, skeletləri, daxili orqanları və qan laxtaları ilə dolu primitiv quraşdırılmış kəsim yeri, ətləri asmaq üçün qarmaq, müxtəlif alət və ləvazimatlar olub.

Bağırova məxsus avtomobilin yük yerinə yığılmış at ətlərdən və daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Kürdəmir sakini həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib.

Xidmətdən həmçinin bildirilib ki, bu, A. Bağırovun ilk əməli deyil. O, bir xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 16 aprel 2015-ci il tarixində də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları A. Bağırova məxsus həyətə baxış keçirərkən soyulub ağacdan asılmış vəziyyətdə 2 baş at aşkar ediblər.

Bağırova məxsus avtomobilin yük yerində aşkar edilən sümükdən ayrılmış ətlərdən və kəsilmiş atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

Əlaqədar

Azərbaycan Moldovaya at əti ixrac edəcək
Şəkidə qanunsuz at əti satışının qarşısı alınıb
Teqlər:
at əti, Kürdəmir, Daxili İşlər Nazirliyi, polis, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi

Əsas mövzular