01:07 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
8435143

Ümumxalq Hüzn Günü işdə olmaq əvəzinə qeyri-qanuni əməliyyat keçirərək fahişələri soyan polislərin işdən çıxarılma səbəbləri məlum olub.

BAKI, 1 apr — Sputnik. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.

Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub.

Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 yanvar — Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

Əlaqədar

Qadını qoruya bilməyən polislər həbs edilib
Azərbaycanda daha bir cəza növü: əgər kirayə mənzilinizdə fahişə tapsalar...
Teqlər:
əxlaqsızlıq yuvası, fahişə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Daxili İşlər Nazirliyi, polis, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi, Binəqədi

Əsas mövzular