03:49 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Qobustan qayalıqları

Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı

© Photo : STR
XƏBƏRLƏR
Qısa URL
199630

Qobustanın qədim sakinləri yalnız ibtidai ovçuluq və yığıcılıqla məşğul olmayıblar. Onlar həmçinin qonşularına iri heyvanların yaxınlaşması barədə əvvəlcədən xəbər verərək digər yaşayış düşərgələrinin sakinləri ilə birlikdə ov edirmişlər.

BAKI, 1 apr – Sputnik. Martın əvvəllərində AMEA Arxeologiya İnstitutunun alimləri Rusiya Arxeologiya Cəmiyyəti ilə birlikdə Qobustan Dövlət tarixi-bədii qoruğunda tədqiqatlar aparıblar və qədim insanın bu petroqliflər muzeyində yaşayış məskəninin olmasının daha bir sübutunu tapıblar. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Tapıntını sensasiyalı adlandırmaq olar. Çünki tapıntı sübut edir ki, Qobustanın qədim sakinləri yalnız ibtidai ovçuluq və yığıcılıqla məşğul olmayıblar. Onlar həmçinin qonşularına iri heyvanların yaxınlaşması barədə əvvəlcədən xəbər verərək digər yaşayış düşərgələrinin sakinləri ilə birlikdə ov edirmişlər.

Qədim yaşayış düşərgələrinin sakinlərinin bir-biriləri ilə ünsiyyətlərinin forması, həmçinin ibtidai insanların həyat və məişətlərinin digər maraqlı məqamları barədə Sputnik Azərbaycan-a tarix elmləri namizədi, arxeoloq, AMEA Arxeologiya institutunun əməkdaşı, Qafqazdakı qədim yaşayış düşərgələrin tədqiqatçısı Azər Qədirov danışıb. 

Onun sözlərinə görə, məhz bu yerdə özlərindən sonra çoxlu sayda qayaüstü rəsmlər — petroqliflər qoyub getmiş ibtidai insanların qədim düşərgələri aşkar edilib. Bu ibtidai sənət nümunələri qədim insanların mədəniyyətini, təsərrüfatını, dünyagörüşünü, adət-ənənələrini əks etdirirlər. Vaxtilə dəniz bu ərazilərədək çatırmış, sonra isə çəkilib və hamarlaşmış qayalarda öz xarakterik izlərini qoyub.

"XX əsrin 30-cu illərində qayalarda qeyri-adi rəsmlər aşkar edilib. İndiyədək 6 mindən artıq belə rəsm aşkar olunub (1 mini qayanın üzərində). İbtidai yaşayış məskənləri — düşərgələr və mağaralar, 100 mindən artıq maddi mədəniyyət nümunəsi tapılıb" — alim bildirib.

O həmçinin qeyd edib ki, Qobustan petroqlifləri müxtəlif dövrlərə aiddir. Söhbət eramızdan 18 min il əvvəldən orta əsrlərədək olan bir dövrdən gedir.

Qədirovun bildirdiyinə görə, rəsmlərə əsasən insanın təkamülünü tam olaraq görmək mümkündür. Bu rəsmlər arasında dağ keçisi ovu, nizələrlə ritual rəqs səhələri var. Bu rəsmlər ən qədim — mezolit dövrünə aiddir. Qayalar üzərində həmçinin atla və piyada ovunun, döyüş səhnələrinin, kollektiv əmək, əkin-biçin, yemək hazırlanması rəsmləri də var. Bu rəsmlər artıq eramızın əvvəllərinə, yeni ictimai quruluşa aiddir. Orta əsrlərdə isə rəsmlər ölçücə kiçilirlər, daha sxematik olurlar. 

"Sizə fotoşəklini təqdim etdiyim sonuncu tapıntı unikaldır və elmi baxımdan çox vacibdir. Məlum olub ki, bütün Cənubi Qafqaz ərazisində ovçular təhlükəli heyvanın və ya düşmən düşərgənin ovçularının gəlişini bir-birilərinə sputnik (peyk) vasitəsilə xəbər verirmişlər" — alim deyib. 

Onun sözlərinə əsasən, o dövrdə insanlar üstü qalın xəzlə örtülmüş qara daş kapsulların köməyi ilə ünsiyyət qururlarmış. Qadınlar Xəzər dənizinin və su hövzələrinin sahillərindən balıqqulağı toplayırmışlar. Xüsusi prosedurdan sonra onlardan narıncı rəng alırmışlar. Onlar heyvan dərilərini narıncı rəngə boyayırmışlar. Daha sonra qara daşları dəriyə bürüyürmüşlər. Beləliklə, qara-narıncı kapsul alınırmış. Ovçular isə bu qara-narıncı kapsulları özləri ilə götürərək ya dağ zərvələrinə qalxırmışlar, ya da qayıqla su hövzəsinin mərkəzinə üzürmüşlər. Oradan isə onlar həmin kapsulu növbəti düşərgəyə atırmışlar. 

"Qara-narıncı rəngdə olan, yeri gəlmişkən sizin Sputnik-in brendinin rəngləridir, kapsullar uçaraq dost düşərgələrin sakinlərinin diqqətini cəlb edirmişlər. Uçuşun trayektoriyasından hamı başa düşürmüş ki, dostluq işarəsi, birgə ova dəvətdir, yoxsa müharibə hədəsi. O zaman insanlar daha səmimi olublar. Səni kimin müharibəyə və yaxud ova dəvət etdiyini bilməyin üçün kapsullarda onların atıldığı yerin adı göstərilirmiş. Sizə təqdim etdiyim fotodan görünür ki, qədim insanlar qaya üstündə prosesi və kapsullardan birinin adını çəkiblər. Bununla onlar ümumi məqsəd uğrunda birgə çalışmayın düsturunu bizə ötürüblər" — alim vurğulayıb.

Qobustan qayalıqlarında şok tapıntı
© Sputnik /
Qobustan qayalıqlarında şok tapıntı

 

Əlaqədar

Qobustanda yanğın təlaşı
Britaniyalı turistlərin Qobustana baxışı
Səyyar ASAN xidmət Qobustanda
Teqlər:
qədim insanlar, qədim yaşayış düşərgələri, ovçuluq, Arxeoloji tapıntı, Qobustan Dövlət tarixi-bədii qoruğu, AMEA Arxeologiya institutu, AMEA, Azər Qədirov, Cənubi Qafqaz, Azərbaycan

Əsas mövzular