10:27 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Günəşli hava

Bir aylıq hava proqnozu açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
55820

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır

BAKI, 31 mart — Sputnik. Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

Qubada qar
© Sputnik / Leyla Abdullayeva

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 12-14, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında: Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ — Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında: Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında: Orta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 0-3, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.

Günəşli hava
© Sputnik / Murad Orujov

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında: Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında: Orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 2-5, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında: Orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, dağlarda 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.

Əlaqədar

Sərt hava xəbərdarlığı gəldi: bu rayonlara qar yağacaq
Bayramdan sonra ilk iş günündə hava belə olacaq
Hava yenə dəyişəcək
Xəbərdarlıq: hava yenə dəyişəcək
Kəskin hava şəraiti paytaxta yaxınlaşır
Soyuq hava xəbərdarlığı gəldi
Nazirlikdən qeyri-sabit hava xəbərdarlığı
Teqlər:
iqlim norması, aprel ayı, qar, proqnoz, isti, hava, yağış

Əsas mövzular