19:54 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Müdafiə Nazirliyi

Hərbi qulluqçuların buraxılış mərasimi keçirilib

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
64 0 0

Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

BAKI, 31 mart — Sputnik. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitirən dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edilib.

Əlaqədar

Prezident aprel qələbəsi ilə bağlı hərbçilərlə görüşüb
Azərbaycanda hərbçilərlə bağlı cəzalar sərtləşdirilir
Azərbaycan və Almaniya hərbçiləri arasında görüş olub
Prezident bir qrup yüksək rütbəli hərbçini istefaya göndərdi
Hərbi zavodda partlayış oldu, 20 nəfər yaralandı
Teqlər:
dil kursları, Xarici Dil və Tərəfdaşlıq Mərkəzi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələr

Əsas mövzular