Türkiyə vətəndaşı Azərbaycanda qəza törətdi, südsatan öldü

CC0 / macdeedle / crushSHACMAN qəza
SHACMAN qəza - Sputnik Azərbaycan
Abunə olmaq
O, Şabranın kəndlərindən süd toplayaraq Bakı şəhərində satırmış

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Tərlan Dadaşov Şabran rayonunun kəndlərindən süd toplayaraq Bakı şəhərində satırmış. Hadisə o işdən evinə qayıdan zaman baş verib.

Tərlan Dadaşov hadisə yerində ölüb, onun avtomobilindəki iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0