19:04 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2178 0 0

Dollar və avro alıb-satmaq üçün ən sərfəli bankların siyahısı açıqlandı

BAKI, 29 mart — Sputnik. Bu gün ölkədə xarici valyuta satan bankların sayı 28-ə çatıb. Sputnik Azərbaycan fins.az-a istinadən, dollar və avro alıb-satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.

Dollar qiymətləri:

Bu gün dolları ən yüksək qiymətlə alan "Günaybank"dır- 1.7150 manat. Dolları ən aşağı qiymətə alan bank isə "AGBank"dır. Bu bankda dolların alış qiyməti 1.6600 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti "Bank Silk Vey" və "Dəmirbank"dadır — 1.7300 manat. Bu gün dolların ən baha məzənnəsi 1.7500 manatdır. Bu məbləğdə dolları Pakistan Milli Bankının Bakı filialı, "Xalq Bank", "Kapitalbank", "Nikoilbank", "Bank of Baku", "VTB Bank Azərbaycan" və "Caspian Development Bank" satır.

Avro qiymətləri:

Bu gün Avropa İttifaqı valyutasını ən baha alan "Bank Silk Vey"dir. Bu bankda 1 avro 1.8450 manata alınır. Avronu ən ucuz alan "Ziraat Bank Azərbaycan"dır — 1.7650 manat.

Avronu ən ucuz satış qiyməti "Azər-Türk Bank" və "Bank Silk Vey"dədir — 1,8800 manat. Avronun ən baha satış qiyməti 1.9190 manatdır. Bu gün "Caspian Development Bank" Avropa valyutasını həmin məzənnə ilə satır.

Onu da bildirək ki, bu gün Azərbaycanın kommersiya banklarından daha biri dolları limitsiz satmağa start verib. Söhbət "Expressbank"dan gedir. Bu bank ötən gün bank bir müştəriyə 10 min dollar satdığını bəyan etmişdi. Bu gün isə valyuta satışını sərbəst buraxıb.

Beləliklə, respublikada dolları limitsiz satan bankların sayı 23-ə çatıb. Onu da qeyd edək ki, buna baxmayaraq "Expressbank" xarici valyutanın alışına limiti saxlayıb. İndi bu bank 10 min dollar və 5 min avro alır.

Əlaqədar

Dolların sabaha məzənnəsi açıqlandı
Dollar bir addım önə keçdi
Dollar dünyada ucuzlaşır, Azərbaycanda isə...
Dolların sabaha olan məzənnəsi bilindi
Hərracda dollar bu səviyyəyə qədər düşdü
Teqlər:
alış, satış, xarici valyuta, avro, bank, manat, dollar

Əsas mövzular