14:31 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
110 0 0

Qardaşı neftçinin cəsədini tanısa da, DNT nəticələri hazır olmadığından yekun qərar vermək mümkün deyil

BAKI, 14 mart — Sputnik. Martın 13-də Xəzər dənizində tapılan kişi cəsədinin kimə məxsus olması müəyyənləşdirilib. Cəsəd 1971-ci il təvəllüdlü neftçi-maşinist Ramiz Abbasova məxsusdur. Bu barədə Sputnik Azərbaycan-a nefrçinin qohumları məlumat verib.

Hələlik DNT analizləri hazır olmasa da, ilkin olaraq neftçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onu qardaşı tanıyıb.

Xatırladaq ki, ötən il dekabrın 15-də səhər saat 5-də güclü qasırğa nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsi dənizə düşüb. Estakada ilə birgə onun üstündəki yaşayış budkası da dənizə gömülüb. Hadisə zamanı budkada 10 neftçi olub. Maşinist Güloğlan Zülfüqarov, operatorlar Azay Zülfüqarov, Samir Əsədov və Cavid Bəhramov hələ də itkin düşmüş sayılırlar.

İndiyə qədər altı nəfərin cəsədi tapılıb: operator İlham Qafarov (faciədən dərhal sonra), Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyev (fevralın 1-də), 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də), 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də), 1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də), 1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov.

Əlaqədar

Daha bir itkin neftçinin meyiti tapıldı
İtkin neftçiləri axtaran qrup dənizdən kişi meyiti aşkarladı
İtkin neftçinin atası: "Həyatda heç kimim qalmadı"
Dənizdən meyit tapıldı - itkin neftçilərdən biri ola bilər
İtkin düşən neftçilərdən birinin meyiti tapıldı
SOCAR qəzada həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə maddi yardım göstərib
İtkin neftçilərin axtarışına əlavə qüvvə cəlb edilib
Teqlər:
Neft-Qaz Çıxarma İdarəsi, neftçi, Xəzər, cəsəd

Əsas mövzular