03:38 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
16701

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaq barədə razılığa gəliblər

BAKI, 11 mart — Sputnik. Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər.

Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadla xəbər verir ki, məqsəd "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

"İran Dəmir Yolları" şirkətinin sədr müavini Hüseyn Aşuri bildirib ki, qərar Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Sözügedən görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı da müzakirə edilib.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub.

Əlaqədar

Ucar istiqamətində 10 km dəmir yolu yenilənir
Üç ölkə dəmir yolunda yükdaşımalara dair memorandum imzaladı
Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib
İki Astaranı birləşdirən dəmir yolu Rəştə qədər uzanacaq
İranla Azərbaycanı birləşdirəcək dəmir yol körpüsünün təməli qoyuldu
Teqlər:
Fars körfəzi, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, Estoniya, Finlandiya, Belarus, Hindistan, Latviya, "İran Dəmir Yolları" şirkəti, Hüseyn Aşuri, İran, Rusiya, Azərbaycan

Əsas mövzular