Dünya şöhrətli yazıçı ilə həmsöhbət olmaq fürsəti

© meydan.tvÇingiz Abdullayev
Çingiz Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Abdullayev maraqlı mövzulara toxunaraq həyat təcrübəsindən danışacaq və öz təəssüratlarını paylaşacaq

BAKI, 10 mart — Sputnik. Maarifləndirmə və asudə vaxtların səmərəli keçirilməsi məqsədilə, "Caspian Events" və "Starbucks Port Baku"-nun təşəbbüsü və Sputnik Azərbaycan-ın media tərəfdaşlığı ilə təşkil olunacaq "HƏMSÖHBƏT" klubunun açılışı nəzərdə tutulub. Klubun ilk qonağı, Azərbaycanın məhşur simalarından biri, Azərbaycan Yazıçılar Birliyinin katibi və eyni zamanda "Neftçi" klubunun prezidenti Çingiz Abdullayevdir.

Həmsöhbətimiz maraqlı mövzulara toxunaraq həyat təcrübəsindən danışacaq, öz təəssüratlarını paylaşacaq. İştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək, məşhur yazıçı ilə həmsöhbət olmaq imkanı qazanacaqlar.

İştirak ödənişlidir. Bu ödəniş müqabilində həmsöhbətimizi dinləməklə birgə, Starbucks-ın təqdim etdiyi qəhvə və şirniyyata qonaq olacaqsınız. Həmçinin, Ç. Abdullayevin kitablarını müəllifin özünə imzalatdırmaq şansınız olacaq.

Tədbir martın 12-si, saat 12.30-da başlayacaq. Əlavə məlumat üçün bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz: +994502545515

Qeydiyyat üçün link

Daha ətraflı məlumat

Xəbər lenti
0