13:56 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
130 0 0

Dünyaya mənəvi gözəllik gətirmək üçün nəzərdə tutulmuş Universitetin tələbələri 20 manat üstündə qanlı döyüşə girişiblər

BAKI, 2 mart — Sputnik. Bir anlıq təsəvvür edin ki, 20 manata görə, dünyaya mənəvi gözəllik gətirmək üçün nəzərdə tutulmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədidə bıçaqlaşma ilə müşayiət olunan kütləvi dava törədiblər. Gənclər arasında bir sağlam düşüncəlisi çıxmayıb ki, situasiyaya nəzarət eləsin və insident iştirakçılarının enerjisini başqa istiqamətə yönəltsin.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Hər şey fevralın 27-də Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu adlı iki tələbənin pul üstündə mübahisəsindən başlayıb. Talıb Asimdən 20 manat pul tələb edib və onu döyüb.

Münaqişə martın 1-nə qədər davam edib. Martın 1-də, gecə saat 00:10-da Talıb və onun 8 nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonundakı İsmayılov küçəsində təhqir edilmiş Asimin qohumları ilə toqquşub. Davaya Asimin qardaşı Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumları Abdullayev Röyal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəlib. Bu davada Röyal Abdullayev və Elnur Hüseynov bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməkdaşları xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlunu (1996-cı il təvəllüdlü) və Əhmədov Eldar Elman oğlunu (1996-cı il təvəllüdlü) saxlayıblar. Davanın daha bir iştirakçısının 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov olduğu müəyyənləşdirilib. İnsidentin digər iştirakçılarının axtarışı davam edir. 

Əlaqədar

Bakıda taksi sürücüsünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən aldılar
Özünü müdafiə məqsədilə tanışına 12 bıçaq vurdu
Bakıda məşhur qızıl dükanının sahibi 43 bıçaq zərbəsi ilə öldürülüb
Deputat bıçaq gəzdirməyə görə cəzanın sərtləşdirilməsini təklif edir
Teqlər:
Binəqədi rayon Polis İdarəsi, bıçaqlama, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, tələbələr, Binəqədi, Bakı

Əsas mövzular