CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizdə meyiti tapılan şəxsin kimliyi açıqlandı

Abunə olmaq
Axtarış-Xilasetmə Qərargahı: Həmin şəxs itkin düşmüş neftçilərdən Qorxmaz Rüstəmovdur

BAKI, 2 mart — Sputnik. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-Xilasetmə Qərargahından Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin "Pirsaat daş silsiləsi" ərazisində tapılan meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış, 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xəbər lenti
0