16:48 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
7211

Hadisənin təfərrüatlarını Xızı rayonunun hüquq-mühafizə orqanları araşdıracaq

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 fev — Sputnik. Heyvan ovlamağa çıxmışdı, özünü vurdu. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sözügedən kuryoz hadisə bu gün Xızı rayonunda baş verib.

Xızı rayon sakini, 46 yaşlı Qulu Sadiqov ov etmək istəyərkən özünü tüfənglə yaralayıb. O, ayaq nahiyəsindən güllə yarası alıb.
Xızı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını dərhal əməliyyat ediblər.

Xəstəxanadan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilib.

Hadisə tüfənglə ehtiyatsız rəftar səbəbindən baş verib. Hadisənin təfərrüatlarını Xızı rayonunun hüquq-mühafizə orqanları araşdıracaq.

Əlaqədar

Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldılar
Azərbaycanda ov mövsümü martın 10-dək uzadılıb
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Ərəb şeyxlərinə Azərbaycanda ov etmək icazəsi rəsmən verildi
Azərbaycanda ov mövsümü başlayıb
Teqlər:
ov tüfəngi, ov, heyvan, Xızı Mərkəzi Rayon Xəstəxanası, Xızı

Əsas mövzular