Gecə 5 dərəcəyədək şaxta və külək gözlənilir

Abunə olmaq
Fevralın 21-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

BAKI, 19 fev — Sputnik. Fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Lənkəranda qar - Sputnik Azərbaycan
Xəbərdarlıq gəldi: yollar buz bağlayacaq

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Xəbər lenti
0