CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizdən tapılan naməlum meyitin kimliyi bəlli oldu

© Photo : ardda.gov.azDənizdə axtarış-xilasetmə gəmiləri
Dənizdə axtarış-xilasetmə gəmiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə məxsusdur

BAKI, 18 fev — Sputnik. Xəbər verdiyimiz kimi, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması araşdırılıb.

Xəzər dənizi - Sputnik Azərbaycan
HADİSƏ
Dənizdən meyit tapıldı - itkin neftçilərdən biri ola bilər

Və araşdırmanın ilkin nəticəsi məlum olub. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə — 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsusdur. Belə ki, qohumları üzərindəki əlamətlərdən V. Qurbanovu tanıyıblar. Bununla belə, araşdırmanın yekun nəticəsi yaxın müddətdə açıqlanacaq.

Xatırladaq ki, 15 dekabr 2016-cı il səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan — maşinist

Elşad Rəsulov ailə ilə - Sputnik Azərbaycan
CƏMİYYƏT
İtkin neftçi hər gecə xanımının yuxusuna girir

2. Zülfüqarov Azay — operator

3. Qurbanov Vidadi — operator

4. Həsənov Elçin — mexanik

5. Hacıəliyev Həsənağa — operator

6. Qafarov İlham — operator

7. Əsədov Samir — operator

8. Bəhrəmov Cavid — operator

9. Abbasov Ramiz — maşinist

10. Rüstəmov Qorxmaz — operator

Onu da qeyd edək ki, bu hadisədən təxminən 1 il əvvəl, 2015-ci il dekabrın 4-də baş vermiş güclü külək və qasırğa da Xəzər dənizində böyük faciəyə səbəb olmuşdu. Belə ki, "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 33 nəfəri xilas edilmiş, 11 nəfəri həlak olmuş və 19 nəfər itkin düşmüşdü.

Xəbər lenti
0