02:32 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
279611

ABŞ valyutasının alış-satış qiymətləri dəyişib, əsas banklardan biri satışı dayandırıb

BAKI, 14 fev — Sputnik. Bu gün səhərdən etibarən bir sıra banklarda dolların bahalaşdığı müşahidə olunur. "Marja" xəbər verir ki, dünən iş gününün sonuna yaxın 1 dolları 1.70 manata alan, 1.76 manata satan Kapital Bank, bu gün səhər 1 dolları 1.72 manata alıb, 1.7800 manat satır.

Kapital Bank valyuta bazarında əsas oyunçulardan biridir. Bundan başqa, NikoylBank Dolların alış qiymətini 1.67 manatdan 1.68 manata, satışını isə 1.77 manatdan 1.78 manata qaldırıb. TuranBank dolların alış qiymətini 1.65 manatdan 1.67 manata qaldırıb, satış qiymətini isə dəyişməyib. Azərbaycan Sənaye Bankı dolların alışını 1.65 manatdan 1.70 manata, satışını isə dəyişməyərək 1.8420 manatda saxlayıb.

Fins.az-ın verdiyi xəbərə görə isə, bu gündən etibarən Azərbaycanın aparıcı banklarından biri dollar satmaqdan imtina edib. Söhbət "Bank Respublika"dan gedir. Qeyd edək ki, bu günədək "Bank Respublika" bir müştəriyə 100 min dollar satırdı. Bankdan verilən cavaba görə, dollar satışının dayandırılması bank rəhbərliyinin qərarıdır.

Əlaqədar

Dollar bu valyuta qarşısında əriyir
Azərbaycanda dollar alışı 60 dəfə düşdü
Banklar dolların satış qiymətini dəyişdi
Yaxın bir ay ərzində dolların məzənnəsi bu civarda olacaq
Bu da dolların real alış-satış qiyməti
İldə 270 min dollar gəlir gətirən xadimə işi
Sabah dollar 1,73 manat olacaq
Dollar yenidən revanş götürür
Sabah dollarla bağlı növbəti şok yaşana bilər
Teqlər:
Kapital Bank, "Bank Respublika", alış, satış, bank, dollar, qiymət

Əsas mövzular