00:48 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)
21601

Baş Prokurorluq Aleksandr Lapşinlə bağlı məlumat yayıb

BAKI, 9 fev — Sputnik. Aleksandr Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra — fevralın 8-də, Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq Aleksandr Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilib. Müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunub. Lapşin dindirilib.

Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb. Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiyanın Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Mövzu:
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)

Əlaqədar

Lapşin günahını etiraf edib
Vitse-spiker: "Lapşin bunu əvvəlcədən düşünməli idi"
Lapşin Kürdəxanı təcridxanasına köçürüldü
Bloqçu Aleksandr Lapşin Bakıya gətirildi
Teqlər:
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanası, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Respublikasının Baş prokurorluğu, Aleksandr Lapşin, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası

Əsas mövzular