Sabah dollarla bağlı növbəti şok yaşana bilər

Abunə olmaq
Bu gün banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir

BAKI, 8 fev — Sputnik. Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir. Lakin bu, sabaha olan rəsmi məzənnədə öz əksini tapmayıb.

Qeyd edək ki, dünən, fevralın 7-də keçirilən valyuta hərracında dolların rəsmi məzənnəsi 2,76% azalaraq 1,8252 AZN/USD-yə düşüb. "Report"un analitik qrupu bu gün məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşmasını göstərir.

Xəbər lenti
0