Qar qayıdır - xəbərdarlıq gəldi

© AFP 2023 / WAKIL KOHSAR Qar təmizləyənlər
Qar təmizləyənlər - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq fevralın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir

BAKI, 7 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru sulu qara keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Qəbələdə qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal-qərb bölgəsinə yarım metrədək qar yağıb

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 8-də səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq fevralın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0