Dollar sürətlə ucuzlaşır

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Banklar ABŞ valyutasının alış-satış qiymətini aşağı salıb

BAKI, 6 fev — Sputnik. Banklarda dolların alış və satış qymətləri aşağı düşməkdə davam edir. Sputnik Azərbaycan marja-ya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən dolların satış qiyməti 1.89 manata enib. Məsələn, Amrahbank hazırda dolları 1.89 manata satır.

Qeyd edək ki, banklarda dolların alış qiymətəri də aşağı düşür. ABŞ valyutasının alış qiyməti 1.8450-1.88 manat arasında dəyişir.

Bu arada Türkiyədə də dollar zəifləyir. FED-in uçot dərəcəsini iyunda qaldıracağı xəbəri, həmçinin Türkiyə Mərkəz Bankının önləyici tədbirlər görməsi nəticəsində USD/TL nisbəti 3.70-dən aşağı düşüb. Türkiyədə dollar həftəyə 3.68-3.69 məzənnəsi ilə başlayıb, sonra isə 3.66-ya qədər düşüb.

Xəbər lenti
0