05:55 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
484 0 0

Polisin çoxlu borcu varmış və "Topaz"da xeyli pul uduzubmuş

BAKI, 4 fev-Sputnik. Fevralın 2-dən 3-nə keçən gecə naməlum şəxslər tərəfindən oğurlandığı bildirilən Dövlət Yol Polisinin əməkdaşı tapılıb. Sputnik Azərbaycan-ın da xəbər verdiyi kimi, bu gün ölkə mediasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Əliş Kərimovun idarə etdiyi 90-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobillə birlikdə oğurlandığı barədə məlumat yayılıb.

Sputnik Azərbaycan yerli mediaya istinadla bildirir ki, BDYPİ-dən daxil olan məlumata görə, itkin polis artıq tapılıb və idarəyə gətirilib. Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb. Ə.Kərimov axtarıldığından xəbərsiz olduğunu deyib.

Məlumata görə, Əlişov xidməti avtomobili küçədə nəzarətsiz qoyub və rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edib. Onun xeyli miqdarda borcu varmış. Eyni zamanda, o, Topaz-da külli miqrdarda pul uduzubmuş. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.

Daha əvvəl Ə.Kərimovun DYP-nin inspektoru, daha sonra YPX əməkdaşı olduğu deyilsə də, sonradan məlum olub ki, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir və polis serjantıdır.

Əlaqədar

Keçmiş polis rəisi intihar etdi
Polis maşınını çəkiclə sındıran şəxsə 9 il iş verildi
Polis gücləndirilmiş iş rejiminə keçir
Bu rayonun polis rəisi vəfat etdi
"Polis bizi küçədə cərimələyir - niyə?"
Teqlər:
Yol Patrul Xidməti, Dövlət Yol Polisi, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi, polis

Əsas mövzular