Banklarda dollarla bağlı nə baş verir?

Abunə olmaq
Bu gün günortadan sonra banklar dolların satış qiymətini aşağı salıb

BAKI, 1 fev — Sputnik. Bu gün günortadan sonra yerli banklarda dolların ucuzlaşması müşahidə olunub. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, səhər saatları ilə müqayisədə 1 dolların satış qiymətini Kapital Bank 1.95 manatdan 1.94 manata, AccessBank 1.9740 manatdan 1.9580 manata, MuğanBank 1.9550 manatdan 1.95 manata endirib.

Qeyd edək ki, bu gün səhər, dünən ilə müqayisədə 1 dolların satış qiymətini AmrahBank 1.96 manatdan 1.9450 manata, Bank of Baku 1.97 manatdan 1.95 manata, Bank BTB 1.97 manatdan 1.9550 manata, Caspian Development Bank (CDB) 1.9930 manatdan 1.97 manata, Yapı Kredi Bank Azərbaycan 1.9640 manatdan 1.9550 manata, AGBank 1.97 manatdan 1.9650 manata, Muğanbank 1.9750 manatdan 1.9550 manata, Expressbank 1.96 manatdan 1.9480 manata endirmişdi.

Maraqlıdır ki, dünən keçirilən hərracda dolların məzənnəsi manata nisbətən bahalaşmışdı.

Xəbər lenti
0