Paytaxt sakinlərinə ciddi xəbərdarlıq edildi

© Photo : APABakıda çovğun, arxiv şəkli
Bakıda çovğun, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq gəldi

BAKI, 27 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) növbəti dəfə əhaliyə xəbərdarlıq edir. Sputnik Azərbaycan ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Xəbər lenti
0