16:55 28 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
342 0 0

Azərbaycan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə sərt cavab verdi

BAKI, 27 yan-Sputnik. "Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir." Bunu Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər.

"Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı. Aprel döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir" — MN-nin mətbiat xidmətinin məlumatında bildirilir.

MN Azərbaycanın müasir silahlarının aprel döyüşlərində istifadə etdiyindən daha dağıdıcı olduğunu da vurğulayıb: "Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək".

Əlaqədar

Ermənistan silahlı bölmələri atəşkəsi 51 dəfə pozub
Politoloq: "Ermənistan işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirməyə davam edəcək"
Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir
"Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək istəyir"
Ermənistan silahlı bölmələri atəşkəsi 44 dəfə pozub
Teqlər:
Movses Akopyan, Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan

Əsas mövzular