17:15 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
XƏBƏRLƏR
Qısa URL
9101

DİN-in mətbuat xidmətinin və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisləri təqaüdə göndərilib

BAKI, 24 yan-Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Sputnik Azərbaycan-a DİN-dən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri imzalayıb.

Bu əmrlər əsasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Onların təqaüdə göndərilməsi ilə bağlı DİN-də xüsusi tədbir keçirilib. Nazir hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

Qeyd edək ki, Sadıq Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.

Əlaqədar

DİN Bakıda baş verən silahlı insidentə aydınlıq gətirib
DİN Mehman Hüseynovun ittihamı ilə bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırıb
Azərbaycan və Rusiya DİN-i arasında qarşılıqlı yardım protokolu imzalandı
Bakıda 2 DİN, 1 FHN əməkdaşını maşın vurdu
Bayram günləri DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi işləyəcək
Teqlər:
daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov, Daxili İşlər Nazirliyi

Əsas mövzular