22:48 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Dünyaca məşhur rejissor Roman Polanski

40 il əvvəl törətdiyi cinayəti ona bağışlamadılar

© AP Photo / Jarek Praszkiewicz
XƏBƏRLƏR
Qısa URL
53 0 0

1977-ci ildə həddi-buluğa çatmamış qızı zorlayan rejissoru baykot etdilər

BAKI, 24 yan — Sputnik. Dünyaca məşhur rejissor Roman Polanski Fransanın nüfuzlu "Sezar" kino mükafatının təqdimat mərasiminə rəhbərlik etməkdən imtina edib. Sputnik Azərbaycan-ın məlumatına görə, hərb dövründən sonrakı ən nəhəng kinematoqrafçılardan birinin bu qərarı barədə BFM-TV Polanskinin vəkilinə istinadla xəbər verib.

Yanvarın 18-də "Sezar Akademiyası" və Fransanın Canal+ telekanalı birlikdə Roman Polanskini 42-ci dəfə keçirilən "Sezar-2017" mərasiminin sədri kimi təqdim ediblər. "Sezar Akademiyası"nın bu qərarı Fransada feminist hərəkatların və Fransa hökumət nümayəndələrinin şiddətli etirazına səbəb olub. Feministlər bəyan ediblər ki, 40 il əvvəl cinayət törədərək ədalətdən qaçmağa müvəffəq olan Polanskinin yaradıcılığı heç bir mahiyyət daşımır.

Kinorejissorun vəkili media nümayəndələrinə bildirib ki, Roman Polanski ona və ailəsinə qarşı hücumlardan kədərlənib və onları əsassız hesab edir.

"Bununla əlaqədar olaraq o, "Sezar" mərasiminə rəhbərlik etməklə bağlı dəvəti qəbul etməkdən imtina edir" — kinorejissorun nümayəndəsi bildirib.

Xatırladaq ki, 83 yaşlı Roman Polanski 1977-ci ildə aktyor Cek Nikolsonun evində həddi-buluğa çatmamış Samanta Heymeri zorlamaqda günahlandırılır. Bu cinayətlə əlaqədar olaraq ABŞ hökuməti rejissorun ekstradisiyasına cəhd etsə də, buna nail ola bilməyib.

"Fransız Oskarı" adlandırılan "Sezar" mükafatı Fransanın Kinematoqrafiya mədəniyyəti və texnikası Akademiyası tərəfindən 1976-cı ildən verilir. Mükafat öz adını priz-heykəlləri düzəldən heykəltaraş Sezar Baldaçinin adından götürüb.

Səsvermədə kino dünyasının 3,5 mindən çox peşəkarı — aktyorlar, rejissorlar, ssenaristlər, prodüserlər və digərləri iştirak edir.
"Sezar-2017" mükafatının nominantları yanvarın 25-də elan ediləcək. Polanskini kimin əvəz edəcəyi hələlik məlum deyil.

Əlaqədar

88-ci "Oskar" mükafatının qalibləri kimlərdir?
Teqlər:
Cek Nikolson, Fransız Oskarı, Sezar, Roman Polanski, kinematoqrafiya, Fransa

Əsas mövzular