12:21 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Строительство жилых домов в Баку. Архивное фото

Evi olmayanların nəzərinə: şərtlər açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
540742

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal rayonunda və Hövsan qəsəbəsində tikiləcək sosial evlərlə bağlı şərtləri açıqlayıb

BAKI, 18 yan-Sputnik. Sosial evlərlə bağlı ikinci layihə reallaşdırılacaq.

Sputnik Azərbaycan Fins.az-a istinadla xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev deyib.

O bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib:

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında
© Official website of President of Azerbaijan Republic

"Statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır."

A. Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq.

"Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı, vətəndaşa İpoteka Fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin, vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb" — deyə Əliyev əlavə edib.

Xatırladaq ki, Yasamal rayonundakı kompleksdə 2000 mənzil, Hövsanda isə 3000 mənzilin tikiləcəyi gözlənilir. 35 yaşına qədər gənc ailələr Agentliyə müracət edərək sosial evlərdən yararlana bilərlər.

Əlaqədar

Vətəndaşın evi yanıb
Evi olmayanlara şad xəbər
Evsiz adam paytaxtda soyuqdan donaraq öldü
Azərbaycanda evlərin qiymətləri aşağı düşəcək
Sənədsiz evlərin aqibəti bəlli oldu - rəsmi bəyan
Evlərin qiymətindən sizin də xəbəriniz olsun
Teqlər:
Anar Quliyev, sosial evlər, Mənzil İnşaatı Dövlət Agentliyi, Hövsan, Yasamal

Əsas mövzular