Reina klubunda terror törədən şəxs təlim keçdiyi ölkənin adını açıqladı

© REUTERS / Umit Bektasİstanbul - Reina - saldırı
İstanbul - Reina - saldırı - Sputnik Azərbaycan
Abunə olmaq
Valinin dediyinə görə, həbs olunan Abdulqadir Maşaripov təqsirini boynuna alıb

BAKI, 17 yan — Sputnik. "Həbs etdiyimiz özbəkistanlı Abdulqadir Maşaripov İstanbuldakı Reina gecə klubunda terror aktı törətdiyini etiraf edib".

Sputnik Sözcü-yə istinadən xəbər verir ki, bunu İstanbul valisi Vasip Şahin jurnalistlərə açıqlamasında deyib.
Valinin dediyinə görə, həbs olunan Abdulqadir Maşaripov təqsirini boynuna alıb.

"Terroru həyata keçirənədək o, Əfqanıstanda təlim keçib" — deyə V.Şahin bildirib.

Qeyd edək ki, 2016-cı ilin 31 dekabrından 2017-ci ilin 1 yanvarına keçən gecə İstanbulun "Reina" gecə klubunda terror aktı baş verib. Santa Klaus geyimində kluba daxil olan silahlı şəxsin hücumu zamanı 39 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb. Daha sonra terror aktının törədilməsində şübhəli bilinən 4 nəfər saxlanılıb.

Xəbər lenti
0