11:56 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Bakı-Sumqayıt yolu

Bakının əsas girişi bağlanır

Azəryolservis ASC-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
379 0 0

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir

BAKI, 17 yan — Sputnik. Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində, gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək: "Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər".

Yarana biləcək narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.

Əlaqədar

Paytaxtda daha bir yol bağlanır
Paytaxt yollarında sürət həddi azaldıldı
Yol polisi xəbərdar edir: sürücülər ayıq olsunlar!
Bu küçələrdə gediş-gəliş bərpa olundu
Paytaxtın bir neçə küçəsinə giriş qadağan olundu
Teqlər:
avtonəqliyyat, təmir, yol, məhdudlaşdırma, prospekt, küçə

Əsas mövzular