Prezidentin köməkçisi: "Təyyarənin qara qutusunu tapdıq"

© REUTERS / Vladimir PirogovСпасатели на месте крушения грузового самолета Boeing-747 под Бишкеком
Спасатели на месте крушения грузового самолета Boeing-747 под Бишкеком - Sputnik Azərbaycan
Abunə olmaq
Muhammedkaliy Abulqaziyev: "Təyyarənin düşdüyü sahənin az qala hamısında axtarış apardıq"

BAKI, 16 yan — Sputnik. Qırğızıstanın paytaxtı Bişkekdə yaşayış binaları üzərinə düşən Türkiyənin ACT Hava yollarına aid yük təyyarəsinin qara qutusu tapılıb. Sputnik xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin köməkçisi Muhammedkaliy Abulqaziyev məlumat verib.

"Təyyarənin düşdüyü sahənin az qala hamısında axtarış apardıq. Sadəcə təyyarənin gövdəsinə aid böyük parçalara toxunmadıq. Təyyarənin qara qutusunu tapdıq" — deyə o bildirib.

Xatırladaq ki, Honkonqdan qalxan və Qırğızıstanın paytaxtı Bişkekdə enməyə çalışan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb. Təyyarə İstanbulda yerləşən "ACT" şirkətinə məxsus olub.
Qırğızıstan FHN-in məlumatına görə, "Boeing 747" yük təyyarəsi "Manas" aeroportu yaxınlığında yerləşən bağ evlərinin üstünə düşüb. Nəticədə 15 ev tamamilə dağılıb, xeyli ev xəsarət alıb. Aralarında uşaqların da olduğu 37 nəfər dünyasını dəyişib, xeyli adam yaralanıb.

Prezident Almazbek Atambayev "Boeing 747" təyyarəsinin qəzaya uğramasına səbəb olan amilləri araşdırmaq, ölən və yaralananların ailələrinə maddi yardım göstərməklə bağlı tapşırıq verib.

Xəbər lenti
0