09:41 25 Fevral 2018
Canlı yayım
Esmira Fuadın XX əsr Güney Azərbaycanın epik şeirləri və Güney Azərbaycanda çağdaş ədəbi proseslər kitablarının təqdimat mərasimi

Güneyin seçilməmiş elçisi

AJQA
XƏBƏRLƏR
Qısa URL
10001

Sevil Yusifova: "Fars dili və ərəb qrafikasında oxuya bilməyənlər məhz bu kitablar vasitəsilə çağdaş Güney ədəbiyyatında gedən prosselərdən xəbər tutacaq"

BAKI, 15 yan-Sputnik. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Esmira Fuadın "XX əsr Güney Azərbaycanın epik şeirləri" və "Güney Azərbaycanda çağdaş ədəbi proseslər" kitablarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açan AJQA-nın prezidenti Sevil Yusifova Esmira Fuadın o taylı-bu taylı Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği işindəki xidmətlərini yüksək dəyərləndirib.

Yusifova çıxışında Esmira Fuadın təqdim olunan kitablarının ədəbiyyatsevərlərimiz üçün ən böyük hədiyyə olduğunu dilə gətirib. Qeyd edib ki, fars dilində və ərəb qrafikasında oxuya bilməyən hər bir aydınımız məhz bu kitablar vasitəsilə çağdaş Güney ədəbiyyatında gedən prosselərdən xəbər tutacaq.

Esmira Fuadın XX əsr Güney Azərbaycanın epik şeirləri və Güney Azərbaycanda çağdaş ədəbi proseslər kitablarının təqdimat mərasimi
© Foto: AJQA
Esmira Fuadın "XX əsr Güney Azərbaycanın epik şeirləri" və "Güney Azərbaycanda çağdaş ədəbi proseslər" kitablarının təqdimat mərasimi

Sonra mərasimdə çıxış edən alimlər — prof.Asif Rüstəmli, Cavanşir Yusifli, Şahbaz Musayev, Şəmil Sadiq, Elxan Nəcəfov, jurnalist və şair Nəriman Qəhrəmanlı, ziyalı xanımlar — Məlahət Qurbanova, Zərnişan Azayeva, Zərəngiz Dəmirçəlli, şairə Kəmalə Abıyeva Esmira Fuadın bu gün Güney ədəbiyyatının ardıcıl öyrənilməsi və quzeyli oxuculara çatdırılması yolunda yorulub-usanmadan çalışdığını, gərgin axtarışlar apardığını və uğurlu nəticələrə nail olduğunu qeyd ediblər. Çıxış edənlər onu "Güney ədəbiyyatının Qız qalası"na (Z.Azayeva), "Savalan dağına (Ş.Sadiq)" bənzədiblər, "əbədiyyat sevdalısı" (A.Rüstəmli), "ədəbiyyatın ardıcıl və sistemli araşdırıcısı", "Şəhriyarın mənəvi övladı" (M.Qurbanova), "Güney Azərbaycanın seçilməmiş elçisi" kimi dəyərləndiriblər.

Tədbirdə bir daha vurğulanıb ki, "Ədəbiyyatın bu günü və gələcəyi ilə bağlı Güneydə formalaşan estetik fikrin aparıcı məqamlarını diqqət mərkəzinə gətirən, bu mövzuda düşünmək, müzakirə açmaq, polemika aparmaq üçün şərait yaradan xanım tədqiqatçının oxucuların mühakiməsinə verdiyi bu dəyərli əsərlər ədəbiyyatımızın bütöv mənzərəsi üzərində düşünmək, yol xəritəsi müəyyənləşdirmək baxımından kifayət qədər dolğun material verir.

Əsas mövzular