21:06 25 Fevral 2018
Canlı yayım
На Баку обрушился ливень

Sabahın hava proqnozu açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
590 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 15 yan — Sputnik. Sabah  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi  əsəcək.  Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  75-85 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

Əsas mövzular