03:58 24 Mart 2017
Canlı yayım
Dağıntılar

Məşhur ekstrasensdən müdhiş proqnoz

© pixabay / TheHilaryClark
XƏBƏRLƏR
Qısa URL
449240

Zirəddin Rzayev: "Matəm elan olunacaq və 2017-ci il ölkə tarixinə kədərli il kimi düşəcək"

BAKI, 12 yan — Sputnik. Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Sputnik-ə açıqlamasında şok proqnoz verib. Ekstrasensdən müsahibəsinin qısa mətnini təqdim edirik:

— Zirəddin müəllim, vesti.az saytına verdiyiniz proqnozlardan biri sosial şəbəkələrin mübahisə predmetinə çevrildi. "İngiltərədə qara duman görürəm və bu, 3 gün davam edəcək" deyərkən nəyi nəzərdə tutursunuz?

Ekstrasens Zirəddin Rzayev
Ekstrasens Zirəddin Rzayev

— Doğrudur, mən bunu öz "İnstaqram" səhifəmdə və "Facebook"da da paylaşmışam. Öncə mən bunu şifrələdim. Açıq demək istəmirdim, ehtiyatlanırdım. Ancaq indi həqiqəti söyləməyə hazıram. Bu il Britaniya kraliçası dünyasını dəyişəcək və ölkədə matəm elan olunacaq. Bu baxımdan 2017-ci il İngiltərə tarixinə kədərli il kimi düşəcək.

 Əminsiniz?

— Bəli! Əmin olmasaydım, söyləməzdim. Mən sıradan bir insanam. Amma Allah mənə öncəgörmə qabiliyyəti verib. Yuxarıdakı proqnozu 27.12.2016-cı ildə vermişəm və 01.01.2017 tarixində mətbuatda yayılıb. Bu, böyük məsuliyyətdir.

 Ümumiyyətlə, sizdə faciəli notlarla yüklənmiş öncəgörmələr tez-tez olur?

— Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəli. Demək olar ki, gecələr yata bilmirəm, səhərə qədər faciələr yaşayıram. Məni daim qorxu və kabuslar izləyir. Amma bunlara baxmayaraq, çox pozitiv insanam.

P. S. Zirəddin Rzayevin Sputnik-ə müsahibəsinin geniş mətnini daha sonra təqdim edəcəyik.

Əlaqədar

Gələn il üçün Qarabağla bağlı bədbin proqnoz
Paytaxt və bölgələrin hava proqnozu açıqlandı
Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz
Yaxın 5 ildə Azərbaycanda proqnozlaşdırılan tendensiya
Teqlər:
matəm, kraliça, ekstrasens, Zirəddin Rzayev, Britaniya, Moskva, İngiltərə, proqnoz

Əsas mövzular