16:23 28 İyun 2017
Canlı yayım
Yağışlı hava

Şaxtalı hava şəraiti gözlənilir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
44101

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq

BAKI, 12 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağıntılı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Əlaqədar

Sabahın hava proqnozu: duman, çiskin, yağış
Qarlı havaya görə məktəblərdə tətil elan olundu
Yağışlı-buludlu hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Hava ilə əlaqədar uçuşlar təxirə salındı
Sabahın hava proqnozu açıqlandı
Teqlər:
temperatur, şaxta, isti, külək, hava, yağış

Əsas mövzular