15:40 23 Fevral 2017
Canlı yayım
Джаред Кушнер и Иванка Трамп

Prezident Tramp olsa da, ABŞ-ı yəhudi biznesmen idarə edəcək

© AP Photo/ Evan Agostini
XƏBƏRLƏR
Qısa URL
22720

Donald Tramp kürəkəni Cared Kuşneri baş məsləhətçi təyin edəcəyini açıqlayıb

BAKI, 10 yan-Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri baş məsləhətçi postuna təyin edəcək.

Sputnik-in məlumatına görə, bunu seçilmiş prezidentin qərargahı bəyan edib.

Kuşner Trampın qızı İvankanın əridir və onun adı qərargahın bəyanatında "hörmətli biznesmen" kimi qeyd olunub. Mətndə onun seçkiqabağı kampaniyadakı vacib rolu xüsusilə vurğulanıb.

"Cared böyük dəyər, etibarlı məsləhətçidir" — deyə Donald Tramp bildirib. Gələcək prezidentin sözlərinə görə, onun kürəkəni "biznesdə və siyasətdə inanılmaz dərəcədə uğurludur" və yeni administrasiyada onu "ambisiyalı gündəm" gözləyir.

Reuters agentliyi Tramp komandasının yüksək vəzifəli nümayəndəsinə istinadla bildirib ki, Kuşner o cümlədən Yaxın Şərqdə ticarət müqavilələri ilə məşğul olacaq. İvanka Tramp isə atasının şirkətindəki idarəçi postundan gedəcək və uşaqlarını əri ilə birlikdə Vaşinqtondakı məktəblərə yerləşdirməklə məşğul olacaq. İvanka atasının bir çox layihələrində iştirak etməyəcək və biznes dividendləri sayəsində qazanılmış iri məbləğlər əvəzinə yalnız məhdud sayda sabit ödəmələrdən gələn vəsaitləri əldə etməklə kifayətlənəcək. Kuşner özü isə "Kushner Companies" şirkətinin rəhbərliyindən gedəcək, "əhəmiyyətli aktivlərdən" və xarici investisiyalardan, həmçinin onun birbaşa maliyyə maraqlarına təsir göstərən digər işlərdən uzaq duracaq.

Kuşnerin vəkilinin bildirdiyinə görə, onun qayınatası ilə birlikdə işləyəcəyi Ağ Evdəki fəaliyyəti qanunvericiliyə uyğundur. ABŞ qanunvericiliyi bir sıra hallarda administrasiyada qohumların vəzifə tutmasına imkan verməsə də, Kuşnerlə qohumluq problem yaratmır.

Kuşner və İvanka Tramp Donald Trampın ən yaxın məsləhətçiləri hesab olunurlar. Çünki onların Tramp üzərində böyük təsiri var.

Yanvarın 11-də Donald Tramp mətbuat konfransı keçirəcək. O, ölkənin və biznesin idarə olunması ilə bağlı fikirlərini bölüşəcək.

Trampın varidatı bir neçə milyard dollar dəyərində qiymətləndirilir. O, prezident seçilənə qədər məşhur iş adamı və biznesmen idi.

Əlaqədar

Tramp azərbaycanlı biznesmenə 2 milyard dollar qazandırdı
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
Tramp 66 milyon dollar xərcə düşüb
Tramp Putinin qatı düşməninə vəzifə verir
Trampdan Putinə mühüm jest
Teqlər:
Ağ Evdə, Cared Kuşner, inauqurasiya, İvanka Tramp, Donald Tramp