"Azəravtoyol"dan sürücülərə müraciət

© Sputnik / Irade JELILNeftçilər prospektində sökülmüş dəmiryol xətti
Neftçilər prospektində sökülmüş dəmiryol xətti - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah səhər saatlarından başlayaraq Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

BAKI, 7 yan — Sputnik. "Azəravtoyol" ASC sürücülərə müraciət edib.

Dövlət şirkətinin mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

Onun sözlərinə görə, işlərin bir-neçə saat ərzində yekunlaşdırılması planlaşdırılır: "Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".

Xəbər lenti
0