ABŞ-ın bütün səfirləri geri çağrıldı

© REUTERS / Mike Segar Избранный президент США Дональд Трамп, фото из архива
Избранный президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.

BAKI, 6 yan-Sputnik. Yeni seçilmiş prezident Donald Tramp inauqurasiya günü ABŞ-ın xarici ölkələrə təyin olunmuş bütün səfirlərini geri çağıracaq.

"The New York Times" qəzetinin Trampın planı ilə tanış olan bir neçə diplomata istinadən yaydığı məlumata görə, ABŞ-ın yeni seçilmiş prezidenti artıq bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş göndərib.

ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp - Sputnik Azərbaycan
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Obama Administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-də geri çağırılacağı deyilir.

Səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.

"The New York Times"ın yazdığına görə, əvvəllər məktəb yaşlı uşaqları olan diplomatlara müəyyən güzəşt edilib, uşaqların tədris ilini başa vurması gözlənilib.

Tramp artıq Çin və İsrail kimi ölkələrə kimləri səfir təyin edəcəyini açıqlayıb.

Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.

Qeyd edək ki, 2015-ci ildən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutadır.

Xəbər lenti
0