Milli Məclisin plenar iclası başlayıb

Abunə olmaq
İclasın gündəliyinə 25 məsələ daxil edilib

BAKI, 30 dek — Sputnik. Bu gün Milli Məclisin plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib. İclasda ilkin olaraq "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinə baxılacaq.

Qəbiristanlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbiristanlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

"Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", habelə "Ətraf mühitin mühafizəsi haqqında", "Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında", "Təhsil haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklərə baxılacaq. İclasda həmçinin, Vergi, İnzibati Xətalar, Mülki və Mülki Prosessual məcəllələrində dəyişikliklərə baxılacaq.

Bundan başqa, "Büdcə sistemi haqqında", "Notariat haqqında", "İcbari sığortalar haqqında", "Yol hərəkəti haqqında", "İcra haqqında", "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunlarda dəyişikliklər müzakirə olunacaq.

İclasda, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Xəbər lenti
0