06:30 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Azərbaycan polisi

Polis gücləndirilmiş iş rejiminə keçir

© AP Photo / Ilkin Huseynov
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

BAKI, 28 dek — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər. Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq.

Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Əmrə əsasən, bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.

Əlaqədar

Bu rayonun polis rəisi vəfat etdi
Yol polisi xəbərdar edir: sürücülər ayıq olsunlar!
"Polis bizi küçədə cərimələyir - niyə?"
Dövlət Yol Polisindən əhaliyə xəbərdarlıq
Minlərlə polis işdən çıxarıldı
Artıq heç kim polisdən gizlənə bilməyəcək
Teqlər:
gücləndirilmiş iş rejimi, polis, daxili işlər, bayram, Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Əsas mövzular