09:33 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
25823

Paytaxt polisi taksi sürücüsünə basqın edən şübhəliləri saxlamaq üçün əsl detektiv təqibi həyata keçiriblər

BAKI, 27 dek-Sputnik. Paytaxt polisi bazar ertəsi klassik izləmə əməliyyatının iştirakçısı olublar. 

Əməliyyatçılar taksi sürücüsünə basqın edərək quldurluq əməli törədən maşın oğrularına çata və şübhəlilərdən birini saxlaya biliblər.

Bu barədə Sputnik-ə Sabunçu rayon Polis İdarəsindən məlumat veriblər. 

26 dekabr saat 22:00-da 1976-cı il təvəllüdlü Füzuli rayonundan olan məcburi köçkün, özəl taksi xidməti göstərən Məmmədov Xaləddin Məmmədəli oğluna məxsus Opel Omega markalı avtomobilə üç sərnişin oturub. Mehdiyev küçəsində naməlum şəxslər sürücünün boğazına bıçaq dirəyərək ondan bütün nağd pulları verməyi tələb ediblər. Sonra canilər taksi sürücüsünü düşürərək avtomobili naməlum istiqamətə aparıblar. 

Zərərçəkmiş şəxs baş verənlərlə bağlı polisə xəbər verib. Saat 23:50-də Dövlət Yol Polisinin əməkdaşları avtomobili Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsindəki 342 nömrəli binanın qabağında tapıblar.

Cinayətkarlar polisin onları təqib elədiyini başa düşən anda maşını dağınıq halda qoyaraq tələsik oranı tərk ediblər. 

Bir müddətdən sonra Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməliyyatçıları axtarışı davam etdirərək canilərdən birini saxlayıblar. O, 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Əliyev Vüsal Musa oğlu olub. 

Məlum olub ki, Əliyevlə birlikdə taksiyə basqın edənlər Rafiq və Eliş adlı gənclər olub. Hazırda hüquq-mühafizə orqanları Əliyevin ortaqlarının saxlanılması istiqamətində iş aparırlar. 

Əsas mövzular